Türkiyə MN: Suriyada terrorçular təxribatları davam etdirir

Türkiyə MN: Suriyada terrorçular təxribatları davam etdirir

Türkiyə Silahlı Qüvvələri Suriyanın şimal-şərqində təhlükəsizlik zonası  ilə bağlı əldə edilən razılaşmalara əməl edir, ancaq bunun əksinə YPG/PKK terrorçuları "Barış Pınarı" əməliyyat bölgəsindəki təxribatları dayandırmırlar.

GunAz.az "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə açıqlama Türkiyə Müdafiə Nazirliyinin Twitter-dəki səhifəsində yayımlanıb.

Məlumatda qeyd edilir ki, YPG/PKK terrorçuları son sutka ərzində "Barış pınarı" əməliyyat bölgəsinə  minaatan və tank əleyhinə sistemlərdən atəş edərək 11 dəfə atəşkəsi pozub.

N.SAFURA

скачать dle 12.1
Geri qayıt