Səudiyyə Ərəbistanı Yəməndəki səfirliyini Adenə köçürəcək

Səudiyyə Ərəbistanı Yəməndəki səfirliyini Adenə köçürəcək

 Səudiyyə Ərəbistanı Yəməndəki səfirliyini bu ölkənin müvəqqəti paytaxtı - Aden şəhərinə köçürəcək. GunAz.az "Anadolu"ya istinadən xəbər verir ki, bunu "MBC" telekanalına açıqlamasında Səudiyyə Ərəbistanının Yəməndəki səfiri Məhəmməd əl-Cabir deyib.

Onun sözlərinə görə, Ər-Riyadda Yəmən hökyməti ilə Cənubi Keçid Şurası arasında imzalanan müqavilə Səudiyyə Ərəbistanının Adendəki səfirliyinin işini asanlaşdıracaq.

Nazir səfirliyin təhvil verilməsinin təfərrüatlarını açıqlamayıb.

Səudiyyə Ərəbistanı, 2015-ci ildə Yəməndəki müharibə səbəbiylə Sanadakı səfirliyini və Adendəki  baş konsulluğunu Ciddəyə köçürüb.

скачать dle 12.1
Geri qayıt