Dehlidə əhaliyə çağırış edildi: Küçəyə çıxmayın!

Dehlidə əhaliyə çağırış edildi: Küçəyə çıxmayın!

Hindistanın paytaxtı Dehlidə atmosferin çirklənməsinə görə həyəcan təbili çalınıb.

GunAz.az xəbər verir ki, rəsmilər ölkə əhalisinə küçəyə çıxmamağı tövsiyə ediblər.

Sakinlərə qapı və pəncərələri də bağlamaq tapşırılıb. Məlumata görə, məktəblərdə tətil elan edilib, bəzi idarələr fəaliyyətini dayandırıb.

Qeyd edək ki, atmosferin çirklənməsinə səbəb kimi qonşu əyalətlərdə zəmilərin yandırılması göstərilir.

N.SAFURA

скачать dle 12.1
Geri qayıt