Şahla modelin çəkişməsi davam edir

Malayziyanın keçmiş şahı V Məhəmmədlə rusiyalı model Oksana Vaevadinanın boşanması ilə bağlı yeni təxminlər ortaya çıxıb. Səbəb kimi toyun video görüntüsünün sosial mediaya düşməsi göstərilir.
Bu haqda məlumat yayımlayan "Teleproqram jurnalı" 200 nəfər dəvətlisi olan toyun gizli saxlanılmasının mümkünsüzlüyünü bildirib.
Qeyd edək ki toyun gizli olacağı haqda müğənniyə əvvəlcədən bildirilməyib. Cütlüyün Malayziyada dini nikah mərasimi qapalı olub.
Xatırladaq ki, cütlüyün nikahının pozulması modelin müəmmalı keçmişi ilə əlaqədar olub.