İraqda Ərbəin zəvvarlarına hücum planlayan 10 kamikadze ələ keçib

İraqda Ərbəin zəvvarlarına hücum planlayan 10 kamikadze ələ keçib

 İraqda Ərbəin ziyarəti ərəfəsində zəvvarlara qarşı hücum planlayan 10 kamikadze ələ keçib. Onların ikisi vaxtilə İŞİD-in komandirlərindən olublar.

GunAz.az Sumariya Agentliyinə istinadla xəbər verir ki, bu barədə İraqın təhlükəsizlik mənbələri məlumat veriblər.

İraqın Səlahəddin əyalətinin təhlükəsizlik mənbələri bildiriblər ki, İraq Ordusunun Kəşfiyyat Xidməti Haşd-Şabi ilə birgə aparılan əməliyyat çərçivəsində əyalətin Beyci qəzasında İŞİD-in 10 üzvünü ələ keçiriblər.

Onların üzərindən silah-sursat və partlayıcı qurğular o cümlədən kamikadzelər üçün nəzərdə tutulmuş kəmər bombaları aşkarlanıb.

Məlumata görə İŞİD üzvləri əyalətdə zəvvarların olduğu yerləri hədəfə almağı planlayıblar.

скачать dle 12.1
Geri qayıt