Rus ordusunu Suriyadan çıxarmağa hazırıq - Putin

Suriyada qeyri-legitim olan hər kəs oranı tərk etməlidir.
GunAz.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin “RT Arabic”, “Skay Nyus” və “Əl Ərəbiya” televiziyalarına müsahibəsində deyib.
“Suriya ərazisində qeyri-legitim kim varsa, bu ərazini tərk etməlidir. Bu bütün dövlətlərə aiddir. Əgər gələcək hakimiyyət – Suriyanın legitim rəhbərliyi desə ki, burada Rusiyanın hərbi mövcudluğuna ehtiyac duymursa, bu şərt Rusiyaya da aid olacaq”, - deyə o bildirib.
N.SAFURA