Türk ordusu 15 kəndi terrorçulardan azad etdi

Türk ordusu 15 kəndi terrorçulardan azad etdi

YPG-PKK terrorçuları Suriyanın Tel Abyad istiqamətindən “Fərat qalxanı” bölgəsindəki Azez mahalında yerləşən TSQ-yə adi bazaya minaatanlarla hücum edilib.

GunAz.az xəbər verir ki, hücum nəticəsində 5 türk əsgəri yaralanıb.

Yaralılar Kilis dövlət xəstəxanasına çatdırılıb. Həkimlərin bütün səylərinə baxmayaraq, yaralı əsgərlər Yunus Mərmər və Əbdülhəmid Bilgənin həyatını xilas etmək mümkün olmayıb.

***

Türkiyə Silahlı Qüvvələri Suriyada artıq 15 kəndi terrorçulardan təmizləyib.

Hazırda antiterror hərəkatı uğurla davam etdirilir. Türk Silahlı Qüvvələrinin hava hücumunun qarşısını almaq məqsədilə terrorçular tərəfindən bölgədə rezin təkərlər və mazut yandırılır.

N.SAFURA

скачать dle 12.1
Geri qayıt