Suriyada TSQ bazasına hücum edilib: 5 yaralı

Suriyanın Hələb şəhərinin Azez rayonu yaxınlığındakı Türkiyə Silahlı Qüvvələrinə aid hərbi bazaya hücum edilib.
GunAz.az "CNNtürk"ə istinadən xəbər verir ki, hücum PKK/PYD terrorçularının nəzarətindəki Tel Rıfat bölgəsindən həyata keçirilib.
Hücum nəticəsində yaralanan 5 əsgər Kilis dövlət xəstəxanasına yerləşdirilib.
Bölgədə təhlükəsizlik tədbirləri artırılıb, hücum edilən bölgəyə cavab atəşləri açılıb.