Daha bir ölkə Türkiyəyə silah satışını dayandırdı

Finlandiyadan sonra Norveç də Türkiyəyə silah satışını təxirə salıb.
GunAz.az türk mediasına istinadən bildirir ki, Norveç Türkiyəyə hər cür silah ixracatını dayandırdığını açıqlayıb.
Bu barədə Norveç Xarici İşlər naziri Ine Eriksen Soreide AFP-yə göndərdiyi məktubda məlumat verib.
"Vəziyyətin mürəkkəb olduğunu və daim dəyişdiyini nəzərə alsaq, Xarici İşlər Nazirliyi bir tədbir olaraq Türkiyəyə müdafiə ya da müxtəlif məqsədli istifadələr üçün yeni ixrac tələblərinə cavab verməmə qərarı aldı", - deyə məktubda bildirilib.