TBMM Suriya və İraqla bağlı orduya verilən mandatın müddətinin uzadılmasını müzakirə edəcək

Türkiyə Böyük Millət Məclisi (TBMM) ölkə ordusunun İraq və Suriyada hərbi əməliyyatlarda iştirakına icazə verən mandatın uzadılmasını müzakirə edəcək.
Hökumətin İraq və Suriyada əməliyyat keçirmə səlahiyyətlərinin bir il uzadılmasına dair qanun layihəsi TBMM-yə təqdim edilib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzaladığı sənəddə deyilir ki, Türkiyə ilə həmsərhəd bölgələrdə baş verən proseslər, həmçinin qarşıdurma şəraiti ilə əlaqədar olaraq, Türkiyənin milli təhlükəsizliyinə təhlükə və təhdidlər artıb.
GunAz.az-ın "Anadolu"ya istinadən verdiyi xəbərə görə, qanun layihəsində Türkiyənin İraqın ərazi bütövlüyünün, milli birliyinin və sabitliyinin qorunmasına böyük əhəmiyyət verdiyi vurğulanır.
"Ancaq PKK və İŞİD-in İraqda olması bölgədə sülhü, ölkəmizin sabitliyi və təhlükəsizliyini birbaşa təhdid edir"sənəddə deyilir.