Kosovanı müstəqil edən partiya seçkini uduzdu

Kosovanı müstəqil edən partiya seçkini uduzdu

Kosovanın son 10 ildə hakim partiyası olan Demokratik Partiya yerli parlament seçkisində məğlub olub.

GunAz.az xəbər verir ki, 96% seçki məntəqəsindəki səslərin hesablanmasından sonra seçkidə qələbəni Müqəddəratını Təyinetmə radikal hərəkatı əldə edib. Belə ki, hərəkat səslərin 25,77%-ni əldə edib. Ondan sonrakı yerdə reformist Demokratik İttifaq Partiyası (25,05%) yer alıb.

Kosovaya uzun illər rəhbərlik edən Demokratik Partiya isə 21,16% səs toplayaraq, antirekord vurub.

Qeyd edək ki, Demokratik Partiya 2007-ci ildə Kosovanın müstəqilliyini elan edən partiya olub.

N.SAFURA

скачать dle 12.1
Geri qayıt