İspaniyada narkotik alverçiləri onları təqib edən polislərin həyatını xilas edib

İspaniyada narkotik alverçiləri onları təqib edən polislərin həyatını xilas edib

 İspaniyada narkotik alverçiləri onları təqib edən polislərin həyatını xilas edib.

GunAz.az-ın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, polis Malaqa vilayətinin sahillərində cinayətkarların tutulması üçün əməliyyat keçirib.

Hüquq mühafizəçiləri "narkotik vasitələrin daşınmasında şübhəli bilinən" dörd nəfəri qayıqda  təqib etməyə başlayıb, lakin narkotik alverçilərinin qayığı onları təqib edən Mülki Qvardiya qayığı ilə toqquşur və nəticədə 3 polis əməkdaşı dənizə düşür.

Əməliyyatı izləyən polis helikopterinin ekipajı vəziyyətin kritik olduğu görərək mikrofonla cinayətkarları sudakı polisləri xilasetməyə çağırır.

Dənizdən çıxarılan polislər üç ton narkotik maddə müsadirə edərək xilasedicilərini həbs edir.

скачать dle 12.1
Geri qayıt