Rus ordusunu Ukraynaya çağıran separatçı barədə - Qərar

Rus ordusunu Ukraynaya çağıran separatçı barədə - Qərar

Ukraynada özünü qondarma "Podkarpat rus respublikası"nın “baş naziri” adlandıran separatçı Pyotr Qeçko haqqında Zakarpatya məhkəməsi hökm verib.

GunAz.az xəbər verir ki, bu məlumatı Ukrayna mətbuatı yayıb. Məlumata görə, Qeçko qiyabi olaraq 12 il həbs cəzasına məhkum edilib.

Qeyd edək ki, Qeçko 2014-cü ilin yanvar-mart aylarında Rusiya Prezidenti Vladimir Putinə çağırış edərək, qoşunlarını Zakarpatyeyə yeritməyə çağırmışdı.

Qeçko hazırda beynəlxalq axtarışdadır. O, Rusiya ərazisində gizlənir.

N.SAFURA

скачать dle 12.1
Geri qayıt