Dubay şeyxi qızını ərə verdi

Dubay şeyxi Məhəmməd bin Rəşid Al Maktum 14 qızından birini ərə verib.
GunAz.az xəbər verir ki, Məryəm Abu-Dabu əmirliyinin şeyxinin oğlu Xalid bin Məhəmməd bin Hamdan Əl Nahayana ərə gedib.
Toy bir neçə həftə əvvəl baş tutsa da, mediada bu xəbər indi yayılıb. Toydan bəylə gəlinin şəkillərinin kənara çıxmasına qadağa qoyulub. Şeyxinin qızını həqiqətən ərə verməsini isə yaxınları sosial şəbəkədə yazdıqları təbriklərlə təsdiqləyiblər.
Dəbdəbəli toyda milli ərəb rəqsləri nümayiş edilib. Məryəm və Xalidin nişanı ötən il olub.
N.SAFURA