Türkiyə hökuməti Facebook-u 282 min dollar məbləğində cərimələyib

Türkiyənin Şəxsi Məlumatları Qoruma Təşkilatı (KVKK) istifadəçilərin məxfiliyini pozduğuna görə Facebook-u 1,6 milyon türk lirəsi (təxminən 282 min dollar) məbləğində cərimələyib.
GunAz.az-ın verdiyi xəbərə görə, pozuntu halı ötən il qeydə alınıb.
Məlumata əsasən, 280 mindən çox istifadəçinin şəxsi məlumatları, adları, doğum tarixi, yeri, üçüncü şəxslərə sızdırılıb.
N.SAFURA