Fransa ABŞ və İranı danışıqlar aparmağa çağırıb

Fransa ABŞ və İranı danışıqlar aparmağa çağırıb

 Fransa İran və ABŞ-ın danışıqlara başlaması üçün cəmi bir ay vaxtın qaldığını bildirib. Rəsmi Paris İran və ABŞ-dan dərhal danışıqlara başlamağı istəyib.

GunAz.az RT.Arabic-ə istinadla xəbər verir ki, bunu Fransanın xarici işlər naziri Jan-İv Le Drian deyib.

Fransa XİN rəhbəri ötən gün ölkə parlamentinin aşağı palatasının toplantısı zamanı İranla ABŞ-ı danışıqlar aparmağa çağırıb.

Jan-İv Le Drian bildirib ki, İran və ABŞ-ın bir ay möhləti var.

Qeyd edək ki, Fransa XİN xəhrəbi bir ay dedikdə İranın nüvə sazişindəki addımlarını dördüncü dəfə olaraz azaltması vədinə toxunur.

Bildirək ki, BMT Baş Assambleyasının Nyu-Yorkda 74-cü toplantısı çərçivəsində Fransa prezidenti İran və ABŞ prezidentlərini bir araya gətirməyə çalışsa da bu mümkün olmayıb.

N.SAFURA

скачать dle 12.1
Geri qayıt