ABŞ: Türkiyə qarşısında öhdəliyimizi yerinə yetirdik

ABŞ: Türkiyə qarşısında öhdəliyimizi yerinə yetirdik

Suriyanın şimalında təhlükəsizlik bölgəsinin yaradılması istiqamətində üzərimizə düşən öhdəliyi yerinə yetirmişik.

Axar.az xəbər verir ki, bunu Pentaqonun Yaxın Şərq üzrə nümayəndəsi Maykl Mulroy Türkiyə ilə Suriyanın şimalında təhlükəsizlik bölgəsinin yaradılması ilə bağlı birgə fəaliyyət barədə danışarkən söyləyib.

"Mən bütün müqavilələri yerinə yetirdiyimizi hesab edirəm. Bu sazişin işlədiyini hesab edirik. Bu bir tarazlıqdır. İrəliləyişə nail olduq. Bunlar quruda və havada birgə patrul fəaliyyətləri, birlikdə işlədiyimiz koordinasiya mərkəzinin yaradılmasıdır", - Mulroy qeyd edib.

скачать dle 12.1
Geri qayıt