Avtobus 100 metrlikdən uçuruma düşdü: 23 ölü, 30 yaralı

Perunun Kispuçanki əyalətində avtobusun 100 metr yüksəklikdən uçuruma düşməsi nəticəsində çoxlu sayda ölü və yaralıların olduğu bildirilir.
GunAz.az xəbər verir ki, yerli polis ən azı 23 nəfərin öldüyünü, 30 sərnişinin isə yaralandığını bildirib.
Qeyd olunub ki, faciə əyalətin Markapata rayonunda baş verib. Uçurumun dibində olan avtobusdan yaralıları xilas etmək xilasedicilər üçün çətin olub və xeyli vaxt aparıb. Ölənlərin sayının çox olması da xilasetmə işlərinin ləng aparılması ilə izah edilir. Bundan başqa, yaralılardan dördünün vəziyyətinin ağır olduğu bildirilir.
Avtobusun Puerto-Maldonado şəhərindən Madre-de-Dios rayonuna doğru hərəkət etdiyi qeyd olunub.
N.SAFURA