BMT nümayəndə heyəti Yəmən paytaxtında husilərlə görüşüb

BMT nümayəndə heyəti Yəmən paytaxtında husilərlə görüşüb

 BMT-in münaqişə üzrə rəsmisi Martin Qrifis Yəməndə atəşkəsin bərpası istiqamətində paytaxt Sənaya gedib.

GunAz.az  əl-Məsira telekanalına istinadla xəbər verir ki, BMT rəsmisi Martin Qrifi paytaxt Sənaya çatıb.

BMT-nin münaqişə üzrə nümayəndəsi husilərin rəsmilərilə görüşüb.

Məlumata görə tərəflərin müzakirə edəcəyi əsas məsələ əl-Hudeyda əyalətində atəşkəs, əsir və məhbusların mübadiləsi və ölkədə atəşkəsin bərpası istiqamətində danışıqların aparılmasıdır.

BMT rəsmisinin bu səfəri öncədən elan edilməyib.

Qeyd edək ki, husilər ötən gün Səudiyyə koalisiyası tərkibində döyüşən 300-ə yaxın əsir və məhbusu sərbəst buraxıblar. Husilər bildiriblər ki, onlar bu addımla xoşniyyətli olduqlarını göstərmək və qarşı tərəfdən də eyni addımı atmasını istəyirlər.

N.SAFURA

скачать dle 12.1
Geri qayıt