Səudiyyə husilərin Aramco-ya hücumundan öncəki neft istehsalını bərpa edib - Mənbə

Səudiyyə husilərin Aramco-ya hücumundan öncəki neft istehsalını bərpa edib - Mənbə

"Aramco 14 sentyabrda həyata keçirilən hücumdan öncəki neft istehsalını bərpa edib."

GunAz.az Səudiyyə Ərəbistanı mətbuatına istinadla xəbər verir ki, bunu Aramco neft şirkətinin Alqı-Satqı Şöbəsinin icraçı direktoru İbrahim əl-Buəynəyn deyib.

Ötən gün Birləşmiş Ərəb Əmirliyinin əl-Fuceyra şəhərində keçirilən konfrans zamanı əl-Buəynəyn bildirib ki, Aramco 14 sentyabrdan öncəki neft istehsalını bərpa edib.

Qeyd edək ki, 14 sentyabrda Aramco-nun Abqaiq və əl-Xureys neft təsisatları husilər tərəfindən vurulandan sonra Səudiyyə Ərəbistanın gündəlik 11 milyon barellik neft istehsalı yarıya enmişdi.

скачать dle 12.1
Geri qayıt