Türkiyədə hava polisi dövrü başlayır

Türkiyədə hava polisi dövrü başlayır

Türkiyə Daxili İşlər Nazirliyindən verilən açıqlamada bütün təyyarələrə polis yerləşdiriləcəyi bildirilib.
Təyyarədə fəaliyyət göstərən polislər sərnişinlərin təhlükəsizliyinə qarşı hər hansı qanunsuz müdaxilələrə nəzarət edəcəklər. Silahlı və xüsusi təlimatlandırılmış polislər uçuşların daha təhlükəsiz olmasında təsirli olacaqlar. Təyyarədə polis işləmək üçün bu sahədə ən az 5 il işləməyin vacib olduğu bildirilib. Türkiyə Daxili İşlər Nazirliyi bildirib ki, bəhs edilən polislər gizli olacaq və sadə sərnişinlər tərəfindən kimi səyahət edəcək.

скачать dle 12.1
Geri qayıt