Abdalla Alşamsini “Cümhuriyyət zirvəsi”də

Birləşmiş Ərəb Əmirlikləri dövlətinin Azərbaycan Respublikasındakı Səfirliyinin Missiya rəhbərinin müavini cənab Abdalla Alşamsinin təşəbbüsü ilə səfirliyin əməkdaşları və yerli alpinistlər Qusar rayonu ərazisində, Tufandağın yan silsiləsində yerləşən "Cümhuriyyət zirvəsi"- nə qalxmışlar.
Səfirlikdən GunAz.az-a bildirilib ki, Azərbaycan Respublikası və Birləşmiş Ərəb Əmirlikləri dövləti arasındakı dostluq və əməkdaşlıq ruhuna hörmət və ehtiram rəmzi olaraq iki dost ölkənin bayrağı zirvədə dalğalandırılmışdır.