Səudiyyə koalisiyası son 5 günə Yəmənə 163 hava zərbəsi endirib

Səudiyyə koalisiyası son 5 günə Yəmənə 163 hava zərbəsi endirib

"Səudiyyə Ərəbistanı koalisiyasının hərbi təyyarələri husilərin atəşkəs təklifi verməsindən sonra Yəmənin müxtəlif bölgələrinə 163 aviazərbə endiriblər."

GunAz.az xəbər verir ki, bu barədə qərargahları paytaxt Sənada yerləşən Yəmən Silahlı Qüvvələrinin (husilər) mətbuat katibi briqada generalı Yəhya Səri rəsmi twitter səhifəsində məlumat verib.

Mənbə bildirib ki, onların atəşkəsə getməsi təklifinə baxmayaraq, Səudiyyə Ərəbistanı son 5 gündə Yəmənə 163 hava zərbəsi endirib.

Husilər bu müddət ərzində onlarla mülki şəxsin həlak olduğu və yüzdən çoxunun yaralandığını bildiriblər.

Qeyd edək ki, iki gün öncə əd-Dale əyalətinə endirilən hava zərbəsi zamanı 17 mülki şəxs həyatını itirmişdi. Onlardan 7-i uşaq olub.

Xatırladaq ki, mərkəzi dairələri paytaxt Sənada yerləşən Ali Siyasi Şuranın rəhbəri Mehdi əl-Mşat atəşkəsə zəmin yaratamaq üçün Səudiyyəyə hava və raket zərbələrini dayandırdıqlarını bildiriblər. Husilər bu fürsətin çox çəkməyəcəyi xəbərdarlığını veriblər.

N.SAFURA

скачать dle 12.1
Geri qayıt