Ərəblərin nefti Amerika üçün onların qanından daha mühümdür - Cavad Zərif

Ərəblərin nefti Amerika üçün onların qanından daha mühümdür - Cavad Zərif

"Ərəb neftinin qarşılıında ərəb qanı, bu ABŞ-ın siyasətinin əlifbasıdır. ABŞ üçün ərəblərin nefti qanlarından daha mühümdür. 4 ildir Yəmən bombalanır. Yəməndə 100 min ölən var. 20 milyon yəmənlinin qidası yox, 2.3 milyon vəba xəstəliyinə tutulub. Bunlar hamısı canilərə səlahiyyətlərin verilməsi deməkdir?! Amerikanın fikrinə görə bütün bu olan təcavüzlərə yəmənlilərin cavab verməsi və neft çənlərinin vurulması "müharibə" addımıdır."

GunAz.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif rəsmi twitter səhifəsində yazıb.

İranın xarici işlər naziri son günlərdə Səudiyyə Ərəbistanın neft təsisatları ətrafında baş verən olaylara münasibət bildirərək, yazıb ki, Amerika üçün mühüm olan ərəblərin neftidir qanı deyil.

Cavad Zərif bu paylaşımında ABŞ-ın ərəblərin taleyi ilə bağlı ikili standartlı siyasət yürütdüyünü yazıb.

N.SAFURA

скачать dle 12.1
Geri qayıt