Prezidentin mitinqində partlayış: 24 ölü, 31 yaralı

Prezidentin mitinqində partlayış: 24 ölü, 31 yaralı

Əfqanıstan Prezidenti Əşrəf Qəninin seçki mitinqində partlayış baş verib.

GunAz.az xəbər verir ki, Pərvan vilayətində mitinq üçün toplaşan kütlənin arasında bomba partladılıb.

Hücum zamanı prezidentin mitinq ərazisində olub-olmadığı açıqlanmayıb. Partlayış nəticəsində 24 nəfər həlak olub, 31 nəfər isə yaralanıb.

Partlayışla bağlı məsuliyyəti hələlik heç bir qruplaşma üzərinə götürməyib.

скачать dle 12.1
Geri qayıt