Avstraliyada helikopter qəzası: İçərisində olan hamı öldü
Avstraliyanın Yeni Cənubu Uels ştatında helikopter qəzası baş verib.
GunAz.az xəbər verir ki, bu barədə “The Australian” informasiya yayıb.
Finqal körfəzində helikopterin qalıqlarına rast gəlinib. Helikopterin göyərtəsində 5 nəfərin olduğu və qəza nəticəsində heç kimin sağ qalmadığı bildirilib.