Taylandın cənubunda silsilə partlayışlar baş verib

Taylandın cənubunda silsilə partlayışlar baş verib

Tailandın cənubunda Yala əyalətində baş verən silsilə partlayışlarda azı 7 nəfər yaralanıb. Bu barədə "The Bangkok Post" qəzeti məlumat yayıb.

Yerli hakimiyyət orqanlarının verdiyi məlumata görə, vilayətin müxtəlif yerlərində üç partlayıcı qurğu elektrik xətlərinə qoşulub.

GunAz.az-ın RT-yə istinadla verdiyi xəbərə görə, bundan əlavə, bir partlayıcı qurğu bankomatın içində, digəri isə ərzaq mağazasının yanında partladılıb.

Partlayışlar nəticəsində üç uşağın xəsarət aldığı qeyd olunur. 

скачать dle 12.1
Geri qayıt