Tanrı dünyanı 6 günə yaratdı, amerikalılar isə... - Delyaqin

Tanrı dünyanı 6 günə yaratdı, amerikalılar isə... - Delyaqin

ABŞ-ın Yaxın və orta mənzilli raketlərin məhvi anlaşmasında qadağan olunmuş raketi sınaqdan keçirməsi onu göstərdi ki, Vaşinqton Rusiyanı bu yöndə ittiham etmədən öncə müqavilədən çıxmağa hazırlaşırdı.

GunAz.az xəbər verir ki, bu sözləri Rusiyanın Qloballaşma İnstitutunun direktoru Mixail Delyaqin deyib.

“Əvvala, amerikalılar işi sona çatdırmır. Tanrı dünyanı 6 gündə yaratdı. Bir gün də istirahət... Müasir dünyanın tanrısı olmağı iddia edən amerikalılar isə yeni raketi yaratmağa cəmi 16 gün sərf etdilər. Peyk görüntüləri bu qurğunun (raket) 2 avqustdan öncə yaradıldığını göstərir. Yəni, əslində amerikalılar razılaşmanı pozmuşdu, sadəcə formal olaraq anlaşmada idi”, - Delyaqin bildirib.

Qeyd edək ki, ABŞ iki gün öncə orta mənzilli raketini sınaqdan keçirib.

скачать dle 12.1
Geri qayıt