Yəməndə Səudiyyə koalisiyasının dəstəklədiyi qüvvələr arasında qarşıdurmada ölənlərin sayı 15-ə çatıb

Yəməndə Səudiyyə koalisiyasının dəstəklədiyi qüvvələr arasında qarşıdurmada ölənlərin sayı 15-ə çatıb

 Ədən şəhərində Səudiyyə koalisiyasının dəstəklədiyi müvəqqəti Yəmən Hökumətinin qüvvələri ilə Birləşmiş Ərəb Əmirliyinin dəstəklədiyi "Cənubun Keçid Şurası" qüvvələri arasında qarşıdurmada ölənlərin sayı 15-ə çatıb.

GunAz.az bu barədə Yəmən mətbuatına istinadla xəbər verir.

Bildirilir ki, Ədən şəhərində müvəqqəti Yəmən Hökuməti qüvvələri ilə "Cənubun Keçid Şurası" qüvvələri arasında gedən qarşıdurmalarda ölənlərin sayı 15-ə çatıb və 20-dən çox yaralı var.

Qarşıdurmalara görə şəhərin beynəlxalq hava limanı işini dayandırıb.

Qarşıdurmalar Yəmənin müvəqqəti hökumətinin müdafiə naziri Əhməd əl-Məysirinin mənzili yaxınlığına sirayət edib.

Səudiyyə Ərəbistanın hərbi koalisiyası bəyanat yayaraq, Yəmənin cənubundakı separatçı qüvvələrə xəbərdarlıq edib və ölkədə xaosun yaranmasına imkan verməyəcəyini bəyan edib.

скачать dle 12.1
Geri qayıt