Rusiya hələ müharibəni bitirməyib - Saakaşvili

Rusiya hələ müharibəni bitirməyib - Saakaşvili

Rusiyanın 2008-ci ildə Gürcüstana hücumunun əsas səbəbi əsl Avropa dövləti yaratmağımız idi.

GunAz.az xəbər verir ki, bunu Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili deyib.

“Rusiya o zaman heç bir strateji hədəfinə çata bilmədi. Moskva Gürcüstanın avrosiyasi kursunu dayandıra bilmədi, gürcü dövlətini sındırmağı bacarmadı”, - o bildirib.

Onun sözlərinə görə, Rusiya hələ də Gürcüstana qarşı müharibəni bitirməyib:

“Rusiya 2008-ci ildə hərbi güclə edə bilmədiyini, 2012-ci ildə İvanişvilini hakimiyyətə gətirməklə etdi. Ona görə də İvanişvili və adamlarının dedikləri Putinin gürcü xalqına qarşı müharibəsinin davamıdır. Onlar birbaşa Rusiya təbliğatının şablonlarını həyata keçirirlər”.

N.SAFURA

скачать dle 12.1
Geri qayıt