Vyetnamda daşqınlar nəticəsində bir nəfər ölüb, 13 nəfər itkin düşüb
Vyetnamın şimalında daşqınlar nəticəsində bir nəfər ölüb, 13 nəfər itkin düşüb. Bu barədə yerli "VN Express" nəşri xəbər verir.
Qeyd olunur ki, "Vifa" (Wipha) fırtınası cümə axşamı Vyetnamın şimal-şərqindəki Quangnin əyalətinin sahilinə vurub.
GunAz.az RİA"Novosti"yə istinadən xəbər verir ki, fırtına, güclü yağışa səbəb olub, küçələri su basıb, Quangnin və ətraf əyalətlərdə daşqınlar yaranıb.