Rusiyadan dollar etirafı: Alternativ tapılmır
Rusiya ticarət sövdələşmələrdə tədricən milli valyutaya keçir, amma bu proses ABŞ dollarının qlobal tarixi rolu ucbatından tormozlana bilər.
GunAz.az xəbər verir ki, bunu RBK televiziyasına açıqlamasında Rusiya Maliyyə Nazirliyinin rəsmi nümayəndəsi Dmitri Timofeyev deyib. Onun sözlərinə görə, beynəlxalq hesablaşmalarda dollardan geniş istifadə ABŞ-a imkan yaradır ki, üçüncü ölkələrin iqtisadi əlaqələrinə müdaxilə edə bilsin.
O, dollardan imtinanın sürətli olmayacağını və bunun üçün bütün dünya maliyyə sisteminin yenidən qurulmasına ehtiyac olduğunu bildirib.