Fələstin İsrail ilə razılaşmalara son qoyulması ilə bağlı komissiya yaradıb

Fələstin İsrail ilə razılaşmalara son qoyulması ilə bağlı komissiya yaradıb

Fələstin hökuməti İsrail tərəfi ilə sazişlərə xitam verilməsi qərarının icrası ilə məşğul olacaq komissiya yaradıb.

GunAz.az-ın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, bunu Fələstin Azadlıq Hərəkatı (FATH) İnqilab Şurasının katibi Məced əl-Fatyani deyib.

"Biz bu komissiyanı Mahmud Abbas İsraillə bütün razılaşmalar üzərində işləməyi dayandırmaqla bağlı qərarından bir gün sonra yaratdıq", o deyib.

Onun sözlərinə görə, komissiya İsrail tərəfi ilə 1993-cü ildən bəri imzalanan bütün razılaşmalara baxacaq.

скачать dle 12.1
Geri qayıt