Türkiyə Suriyada təhlükəsizlik zonası yaratmaq niyyətindədir
Türkiyə Suriyanın şimalında sərhədləri boyunca təhlükəsizlik zonası yaratmağı planlaşdırır.
GunAz.az xəbər verir ki, bu barədə Türkiyə Milli Təhlükəsizlik Şurasının iclasından sonra verilən kommünikedə bildirilir.
"Sərhədimizin qorunması çərçivəsində "sülh dəhlizi "yaratmaq üçün lazımi addımlar atmaqda qərarlı olduğumuzu bir daha vurğuladıq", mətndə deyilir.
N.SAFURA