Braziliyada həbsxanada iğtişaş: 52 nəfər öldü

Braziliyada həbsxanada iğtişaş: 52 nəfər öldü

Braziliyanın Para ştatının həbsxanasında iğtişaşlar baş verib.

Trend-in verdiyi məlumata görə, Altamira bələdiyyəsində yerləşən həbsxanada baş verən iğtişaşlar nəticəsində 52 məhbus həlak olub.

Telekanalın məlumatına əsasən, məhbuslardan 16-nın başı kəsilib, digərləri isə məhbuslar tərəfindən törədilən yanğın nəticəsində ölüblər.

Bildirilir ki, həbsxananın 2 işçisi girov götürülüb və daha sonra sərbəst buraxılıblar.

Qeyd edək ki, may ayında Amazonas ştatının paytaxtının həbsxanasında baş verən iğtişaşlar nəticəsində 55 məhbus həlak olmuşdu.

скачать dle 12.1
Geri qayıt