Ərdoğan: "İsraili dəstəkləyənlərə qarşıyıq"

Ərdoğan: "İsraili dəstəkləyənlərə qarşıyıq"

 Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qüdsün cənubundakı Vadi Hummus məhəlləsindəki evlərin sökülməsinə münasibət bildirib. O, İsraili fələstinlilərə qarşı yeni bir terror dalğası başlatmaqda ittiham edib. 

İsrail hökumətinin Qüdsün təhlükəsizlik divarına yaxın yerləşən qanunsuz tikilmiş 12 yaşayış binasını sökmək qərarı Ərdoğanın qəzəbinə səbəb olub.

 "İsraili dəstəkləyənlər bilməlidir: biz sizə qarşıyıq. Fələstinlilər İsrail terrorunun qurbanı olanda susmayacağıq. Susmaq razılıq əlamətidir", o deyib.

скачать dle 12.1
Geri qayıt