Türkmənistanın Rusiya səfirliyi Berdimuhamedovun ölümünü təkzib edib

Türkmənistanın Rusiya səfirliyi Berdimuhamedovun ölümünü təkzib edib

 Türkmənistanın Rusiyadakı səfirliyinin nümayəndəsi prezident Qurbanqulu Berdimuhamedovun ölümü ilə bağlı şayiələri qətiliklə təkzib edib.

"Bu saxta məlumatlardır. Bu həqiqətə uymayan yalançı xəbərlərdir", o bildirib.

GunAz.az İnterfaks-a istinadən xəbər verir ki, bir sıra KİV-lərdə və internet portallarda Türkmənistan liderinin ölümünə dair məlumatlar ortaya çıxıb.

Qeyd edək ki, Türkmənistan prezidenti Qurbanqulu Berdimuhamedov 29 iyun 1957-ci ildə dünyaya gəlib, bu il onun 62 yaşı tamam olub.

скачать dle 12.1
Geri qayıt