Türk diplomatı öldürən terrorçu ilə bağlı yeni xəbər

Türk diplomatı öldürən terrorçu ilə bağlı yeni xəbər

Ərbildə Türkiyə diplomatına sui-qəsd törətməkdə təqsirli bilinən 4 nəfər yaxalanıb.

GunAz.az xəbər verir ki, bu barədə Ərbil Polis İdarəsi məlumat yayıb. Açıqlamada hücumu təşkil edən PKK üzvü Məzlum Dağ və digər 3 nəfərin təhlükəsizlik qüvvələri tərəfindən yaxalandığı bildirilib.

Saxlanılan digər 3 nəfər barədə ətraflı məlumat verilməyib.

Qeyd edək ki, Ərbildə restoranlardan birində gerçəkləşdirilən hücum zamanı bir türk diplomat şəhid olmuş, 2-si yaralanmışdı.

Hücumu həyata keçirən şəxslərdən birinin əslən Diyarbəkirdən olan 27 yaşlı Məzlum Dağ adlı şəxsin PKK üzvü olduğu məlum olmuşdu.

N.SAFURA

скачать dle 12.1
Geri qayıt