Paşinyan Köçəryanı azad edən hakimə təzyiqə başladı
Ermənistan Xüsusi İstintaq Xidməti hakim David Qriqoryanın kabinetində axtarış aparıb.
GunAz.az xəbər verir ki, bunu “Aysor.am”a açıqlamasında Ermənistan Xüsusi İstintaq Xidmətinin Mətbuat katibi Marina Ohancanyan deyib.
Qeyd edək ki, David Qriqoryan Ermənistanın eks-prezidenti Robert Köçəryanı həbsdən azad edən hakimdir. Bu qərardan sonra Ermənistan hökuməti tərəfindən ona qarşı təqiblər başlayıb.
N.SAFURA