Səudiyyə Yeni Zenlandiya terroru qurbanlarının yaxınlarından 200-ə həcc ziyarəti hədiyyə edib

Səudiyyə Yeni Zenlandiya terroru qurbanlarının yaxınlarından 200-ə həcc ziyarəti hədiyyə edib

Səudiyyə Ərəbistanın kralı Salman bin Əbdüləzizin göstərişi ilə yeni-Zanlandiya terrorunda şəhid olanların yaxınlarından 200 nəfərə həcc ziyarəti hədiyyə edilib.

GunAz.az Səudiyyə Ərəbistanın dövlət xəbər agentliyi VAS-a istinadla xəbər verir ki, bu barədə ölkənin İrşad və İslami İşlər üzrə naziri Əbdüllətif bin Əbdüləziz Ali-Şeyx məlumat açıqlama verib.

Bildirilib ki, kral Salman bin Əbdüləzizin əmri ilə Yeni Zenlandiya terrorunda şəhid olanların yaxınlarından 200 nəfərə həcc ziyarəti hədiyyə edilib.

Bildirilib ki, dəvət edilən şəxslər bu ilin həcc mərasiminə qatılacaqlar.

Qeyd edək ki, cari ilin martında Yeni Zenlandiyanın  Kraystçerç şəhərində yerləşən iki məscidə hücum edən 28 yaşlı avstraliyalı Brent Tarrant adlı terrorçu azı 50 nəfərin ölümünə və digər 50 nəfərin yaralanmasına səbəb olmuşdu.

скачать dle 12.1
Geri qayıt