Belarusda II Dünya müharibəsinə aid silah anbarı aşkarlandı
Belarusun Brest vilayətinin Pinsk şəhərində II Dünya müharibəsi dövrünə aid silah-sursat anbarı aşkarlanıb.
Axar.az xəbər verir ki, silah-sursat anbarı Bretskaya küçəsi 179 ünvanında tikinti işləri aparılarkən müəyyən edilib. Hazırda silah-sursatın zərərsizləşdirilməsi üçün xüsusi qrup təhlükəsizlik tədbirləri həyata keçirir.
Qeyd edək ki, hər il Belarus ərazisində II Dünya müharibəsinə aid orta hesabla 20 mindən artıq mərmi aşkarlanaraq zərərsizləşdirilir.