Kiyevdə "112" telekanalının binası qumbaraatandan atəşə tutulub

Kiyevdə "112. Ukrayna" telekanalının binası qumbaraatandan atəşə tutulub. Polis hadisəni terror aktı kimi qiymətləndirir.
Ötən gün"112. Ukrayna" telekanalı Amerika rejissoru Oliver Ston tərəfindən çəkilmiş "Ukrayna uğrunda mübarizə" filminin yayınlanacağı səbəbindən başlayan təzyiqlər və təhdidlər ilə əlaqədar beynəlxalq təşkilatlara müraciət etmişdi.
GunAz.az xəbər verir ki, kanal önümüzdəki günlərdə bu filmin nümayişini açıqlamışdı.
N.SAFURA