ABŞ konqresmenləri onların icazəsi olmadan İranla müharibə aparmağı qadağan edən düzəlişləri təsdiqləyib

ABŞ Nümayəndələr Palatası cümə günü ABŞ-ın qanunverici orqanlarının razılığı olmadan İrana qarşı hərbi əməliyyatlar üçün pul vəsaitlərinin ayrılmasını qadağan edən 2020-ci maliyyə ili üçün müdafiə büdcəsi layihəsinə (1 oktyabrdan etibarən) dəyişikliyi qəbul edib. İclasın canlı yayımını "C-Span" kanalı həyata keçirib.
GunAz.az TASS-a istinadən verdiyi xəbərə görə, təşəbbüsü əsasən Demokratlar olmaqla 251 konqresmen dəstəkləyib. 170 respublikaçı təşəbbüsə qarşı çıxıb.