Trampın ingilis səfirə cavabı gecikmədi

Trampın ingilis səfirə cavabı gecikmədi

ABŞ Prezidenti Donald Tramp Britaniyanın Vaşinqtondakı səfiri Kim Darrokun sözlərinə cavab verib.

GunAz.az xəbər verir ki, bu barədə “Foks Nyus” informasiya yayıb.

Prezident səfirin öz vəzifəsinin öhdəsindən gələ bilmədiyini söyləyib.

“Darrok Britaniya hökumətinə pis xidmət göstərir”, - Tramp bildirib.

Xatırladaq ki, İngiltərənin Vaşinqtondakı səfiri Kim Darrok ABŞ prezidenti ilə bağlı hazırladığı hesabatda Donald Trampı “bacarıqsız” və “utancverici” adlandırıb.

N.SAFURA

скачать dle 12.1
Geri qayıt