Gürcü polisinə hücum: 4 nəfər saxlanıldı

Gürcü polisinə hücum: 4 nəfər saxlanıldı

Tiflisdə 20-21 iyun hadisələri ilə bağlı 4 nəfər saxlanılıb.

GunAz.az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatında deyilir.

Bildirilib ki, saxlanılanlar müxtəlif vasitələrdən istifadə edərək polislərə hücum edib, onlara müqavimət göstəriblər.

Sözügedən şəxsləri 6 ildən 9 ilə kimi həbs təhlükəsi gözləyir.

İğtişaşlarda əli olan digər şəxslərin də saxlanılması istiqamətində əməliyyat tədbirləri icra edilir.

скачать dle 12.1
Geri qayıt