Ərdoğanın bu sözləri sədaqətini göstərdi - Şvıtkin

Ərdoğanın bu sözləri sədaqətini göstərdi - Şvıtkin

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın S-400-lə bağlı sözləri və Ankaranın bununla bağlı mövqeyi Rusiya ilə digər sahələrdə də yaxın əməkdaşlığa sövq edir.

GunAz.az xəbər verir ki, bunu rusiyalı siyasi ekspert Yuri Şvıtkin Ərdoğanın Osakada S-400-lə bağlı sözlərini şərh edərkən bildirib.

"Bu, Türkiyənin Moskva və Ankara arasında hərbi-texniki əməkdaşlığa sadiqliyini, iki ölkə arasında aparılan müqavilələrə sədaqətini bir daha göstərir", - Şvıtkin vurğulayıb.

Qeyd edək ki, Osakada keçirilən G20 zirvəsində amerikalı həmkarı Donald Trampla görüşən Ərdoğan bu sözləri bəyan etmişdi: "S-400 məsələsi bitdi, Tramp sanksiya tətbiqinin gündəmdə olmadığını bildirdi".

скачать dle 12.1
Geri qayıt