ABŞ səfirliyi yaxınlığında partlayış: yaralananlar var
Əfqanıstanın paytaxtı Kabildə səfirliklərin yerləşdiyi rayonda güclü partlayış baş verib.
GunAz.az xəbər verir ki, bu məlumatı “Assoşeyted Press” agentliyi yayıb.
Partlayış ABŞ səfirliyinə yaxın ərazidə olub və hadisə nəticəsində 15-dən çox insan yaralanıb.
Hələ ki hadisənin təfərrüatları açıqlanmır.
N.SAFURA