Bodrum sahillərində qeyri-qanuni miqrantları daşıyan qayıq batıb, ölənlər var
Türkiyənin cənub-qərbində, Bodrum sahillərində qeyri-qanuni miqrantları daşıyan qayıq batıb.
GunAz.az "Anadolu"ya istinadən xəbər verir ki, qayıqda 40-a yaxın adam olub. Onlardan 31-i xilas edilib.
Xilasetmə əməliyyatına iki sahil təhlükəsizlik xidmətinin qayığı və bir vertolyot cəlb olunub.
Faciənin baş verdiyi əraziyə dalğıc qrupu göndərilib, səkkiz cəsəd sudan çıxarılıb.
