AGEM iştirakçıları İranın nüvə razılaşmasını dəstəklədiklərini təsdiq ediblər

Düşənbə şəhərində keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AGEM) iştirakçıları İranla bağlı Birgə Hərtərəfli Tədbirlər planına sadiq qaldıqlarını təsdiq edib və Yaxın Şərqdə nüvə silahının olmadığı zonanın yaradılmasını dəstəkləyib.
GunAz.az xəbər verir ki, bu barədə sammitin bəyannaməsində deyilir.
"Biz çoxtərəfli diplomatiyanın əhəmiyyətli nailiyyətlərindən biri olan və BMT-nin Təhlükəsizlik Şurasında 2015-ci ildə yekdillikdə qəbul edilmiş 2231 saylı qətnaməyə dəyişməz dəstəyimizi ifadə edirik. Bu plan effektivliyini sübut etdi", Kremlin saytında şənbə günü yayımlanan sənəddə qeyd edilir.
Qeyd edək ki, AGEM 27 ölkəni əhatə edir: Azərbaycan, Əfqanıstan, Banqladeş, Bəhreyn, Vyetnam, İraq, İran, Qazaxıstan, Kamboca, Qətər, Qırğızıstan, Koreya Respublikası, Rusiya, Tacikistan, Tayland, Türkiyə, Özbəkistan və Şri Lanka.