Azərbaycanla Gürcüstan vergi sahəsindəki əməkdaşlığı müzakirə edib

Vergilər naziri Mikayıl Cabbarov Gürcüstanın Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin rəhbəri Vaxtanq Laşkaradze ilə görüşüb.
Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən GunAz.az-a bildirilib ki, görüşdə Azərbaycan və Gürcüstan arasında vergi sahəsində əməkdaşlığın mövcud vəziyyəti və daha da genişləndirilməsi imkanları ilə bağlı məsələlər müzakirə olunub, qarşılıqlı maraq doğuran mövzular ətrafında fikir mübadiləsi aparılıb.